FED.az Azərbaycanın aparıcı banklarından olan “Rabitəbank”ın gəlir mənbələrini təqdim edir. 2024-cü ilin ikinci rübünün nəticələrinə görə, “Rabitəbank”ın ümumi gəlirləri 83 milyon 366 min manat təşkil edib. Bank bu göstərici üzrə ölkənin bank sistemində 9-cu yeri tutur.
"Rabitəbank"ın gəlirləri və mənfəəti - ARTIB - HESABAT
Hesabat dövründə (ikinci rüb) bankın gəlirlərinin ən böyük hissəsi – 49 milyon 936 min manatı və ya 60%-i kredit portfelinin gəlirlərindən formalaşıb.
Komissiya haqlarından isə 19 milyon 382 min manat daxil olub, bu bankın bütün gəlirlərinin 23%-i deməkdir.
Daha 2 milyon 126 min manat isə “Rabitəbank”ın valyuta əməliyyatlarından daxil olub – ümumi gəlirlərin 3%-i.
Qiymətli kağızlar bazarına yatırımlar isə “Rabitəbank”a 4 milyon 257 min manat gəlir gətirib – ümumi gəlirlərin 4%-i.
Bunlardan əlavə “Rabitəbank” digər faiz və digər qeyri-faiz gəlirlərindən 4 milyon 793 min manat qazanıb – ümumi gəlirlərin 6%-i.
Başqa banklara depozit və kredit ayırmaqla 2 milyon 872 min manat gəlir əldə edib yəni ümumi gəlirlərin 4%-i.
Ümumiyyətlə, “Rabitəbank”ın ümumi gəlirlərində faiz gəlirləri 69%, qeyri-faiz gəlirləri 31% təşkil edir.
Digər gəlirlərin məbləği və onun ümumi gəlirlərdəki payı aşağıdakı kimidir:
Min manat |
||
Gəlir mənbələri |
Məbləğlər |
Ümumi gəlir də payı |
Kredit portfeli üzrə faiz gəliri |
49 936 |
60% |
Komissiya haqları |
19 382 |
23% |
Valyuta əməliyyatlarından gəlirlər |
2 126 |
3% |
QK-a investisiyadan gəlir |
4 257 |
4% |
Digər banklara depozitlərdən gəlirlər |
2 309 |
3% |
Digər banklara kreditlərdən gəlirlər |
563 |
1% |
Digər faiz gəlirləri |
62 |
1% |
Digər qeyri-faiz gəlirləri |
4 731 |
5% |
|
|
|
CƏMİ GƏLİRLƏR |
83 366 |
100% |