"Rabitəbank" ASC 2024-cü ilin 2-ci rübünün nəticələrini elan edib.
Bu barədə FED.az Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir.
Hesabat dövründə bankın faiz gəlirləri 54 milyon127 min manat təşkil edib ki, bunun da 46 milyon 936 min manatı kreditlər hesabına əldə edilən faiz gəlirlər olub. Ümumi faiz gəlirləri 12 milyon 22 min manat və ya 29%, kreditlərdən əldə edilən faiz gəlirləri isə 9 milyon 783 min manat (26%) artıb.
Bundan başqa 21 milyon 440 min manat faiz xərcinin 15 milyon 247 min manatını depzoitlər üzrə faiz xərcləri təşkil edib. Göstəricilər müvafiq olaraq 7 milyon 927 min manat (59%) və 7 milyon 905 min manat (2,1 dəfə) artıb.
Beləliklə xalis faiz gəlirləri 4 milyon 94 min manat (14%) artaraq 32 milyon 687 min manata yüksəlib.
Bu dövrdə qeyri-faiz gəlirləri 26 milyon 254 min manat, xərcləri isə 43 milyon 759 min manat təşkil edib. İllik müqayisə ilə gəlirlər 4 milyon 58 manat (18%), xərclər 3 milyon 858 min manat (10%) artıb.
Əmək haqqı xərcləri isə 13 milyon 979 min manata çatıb.
Bundan başqa ümumi və inzibati xərclər 21 milyon 46 min manata, amortizasiya xərcləri isə 4 milyon 42 min manata, digər xərclər isə 4 milyon 692 min manata bərabər olub.
Əvvəlki illə müqayisədə əmək haqqı xərcləri 2 milyon 9 min manat (17%), ümumi və inzibati xərclər 1 milyon 412 min manata (7%), amortizasiya xərcləri 448 min manat (12%) artıb.
"Rabitə Bank" II rübü 10 milyon 596 min manat xalis mənfəətlə baş vurub. Bu da əvvəlki ilə müqayisədə 214 min manat və ya 2% çoxdur.
"Rabitə Bank" bu ilin II rübündə 1 milyard 137 milyon 727 min manat cəmi aktivlərə malik olub.
Hesabata əsasən bankın kredit portfeli 765 milyon 441 min manat təşkil edib.
Bundan da , istehlak kreditləri 261 milyon 445 min manat, biznes kreditləri portfeli 358 milyon 63 9 min manat, daşınmaz əmlak kreditləri portfeli isə 145 milyon 357 min manat olub.
İllik müqayisədə cəmi kredit portfeli 44 milyon 282 min manat (6%), istehlak kreditləri 21 milyon 811 min manat (9%), biznes kreditləri 13 milyon 234 min manat (4%), ipoteka kreditləri 9 milyon 237 min manat (7%) böyüyüb.
Bununla yanaşı bankın öhdəlikləri 1 milyard 19 milyon 758 min manat təşkil edib.
2024-cü ilin 2-ci rübündə müştəri depozitləri 697 milyon 66 min manat olub.
Belə ki, fiziki şəxslərin depozitləri 19 milyon 141 min manat (4%) artaraq 464 milyon 527 min manata yüksəlib, hüquqi şəxslərin depozitləri isə 232 milyon 539 min manat olub.
Ötən ilin sonu ilə müqayisədə Rabitəbankın məcmu kapitalı 1 milyon 617 min manat və ya 1,4% artaraq 117 milyon 968 min manat, bölüşdürülməmiş 896 min manat və ya 23% artaraq 4 milyon 817 min manat təşkil edib.