Bu ilin III rübünə “Unibank”ın müştərilərə verilmiş kreditləri (xalis) 1 milyard 223 milyon 377 min manat təşkil edib.
FED.az xəbər verir ki, bu, ötən ilin sonu ilə müqayisədə 109 milyon 674 min manat və ya təqribən 9,8% artım deməkdir.
Müştərilərə verilmiş kreditlərin (ümumi) əsas hissəsini – 1 milyard 254 milyon 835 min manatını müştərilərə verilmiş kreditlər (ehtiyat nəzərə alınmadan) təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü (1 milyard 154 milyon 523 min manat) ilə müqayisədə 100 milyon 312 min manat və ya təxminən 8,7% artıb.
Hesabat dövründə kredit portfeli daxilində ən böyük artım istehlak və biznes kreditləri üzrə qeydə alınıb:
İstehlak kreditləri 25 milyon 479 min manat və ya təqribən 4,1% artaraq 644 milyon 006 min manata çatıb.
Biznes kreditləri 72 milyon 583 min manat və ya təqribən 16,6% artaraq 509 milyon 487 min manat olub.
Daşınmaz əmlak kreditləri 2 milyon 250 min manat və ya təqribən 2,3% artaraq 101 milyon 342 min manat olub.
Bankın mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatı isə 9 milyon 363 min manat və ya təqribən 22,9% azalaraq 31 milyon 458 min manat təşkil edib.
Xatırladaq ki, ötən ilin sonuna “Unibank”ın müştərilərə verilmiş kreditləri (xalis) 1 milyard 113 milyon 703 min manat olmuşdu.













