Bu ilin III rübünə “Unibank”ın faiz gəlirləri 183 milyon 597 min manat təşkil edib.
Bu, ötən ilin eyni dövrü (30.09.2024) ilə müqayisədə 11 milyon 473 min manat və ya təqribən 6,7% artım deməkdir.
Faiz gəlirlərinin (ümumi) əsas hissəsini – 174 milyon 636 min manatını müştərilərə verilmiş kreditlər üzrə faiz gəlirləri təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü (163 milyon 047 min manat) ilə müqayisədə 11 milyon 589 min manat və ya təxminən 7,1% artıb.
Hesabat dövründə faiz gəlirləri daxilində ən böyük artım müştərilərə verilmiş kreditlər üzrə faiz gəlirləri və banklar və digər maliyyə institutlarına verilən kreditlər üzrə faiz gəlirləri üzrə qeydə alınmışdır.
Banklar və digər maliyyə institutlarına verilən kreditlər üzrə faiz gəlirləri 423 min manata bərabər olub. Bu, ötən ilin eyni dövrü (100 min manat) ilə müqayisədə 323 min manat və ya təqribən 4,2 dəfə artım deməkdir.
Banklar və digər maliyyə institutlarındakı depozitlər üzrə faiz gəlirləri 2 milyon 701 min manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü (2 milyon 026 min manat) ilə müqayisədə 675 min manat və ya təqribən 33,3% artıb.
Ticarət və investisiya qiymətli kağızları üzrə faiz gəlirləri isə 2 milyon 540 min manat olub.
Digər faiz gəlirləri 3 milyon 297 min manat təşkil edib.
Bankın faiz borcları üzrə yaradılmış məqsədli ehtiyatları isə 5 milyon 142 min manat təşkil edib. Bu, ötən ilin eyni dövrü (4 milyon 960 min manat) ilə müqayisədə 182 min manat və ya təqribən 3,7% artım deməkdir.
Xatırladaq ki, ötən ilin eyni dövrünə “Unibank”ın faiz gəlirləri (ümumi) 172 milyon 124 min manat olmuşdu.














