İstifadəçilərinin rahatlığını hər zaman düşünən TuranBank yenilənmiş mobil tətbiqini istifadəyə verdi.
Yeni əlavə təkmilləşdirilmiş bank xidmətləri və onların rahat istifadəsi ilə seçilir. Əlavənin funksionallığı yaradılarkən ilk öncə istifadəçinin tərcihləri və təqdim olunan interfeyslərin optimal istifadəsi nəzərə alınmışdır.
Eləcə də bax: "TuranBank" "YAŞAT Fondu"na ianə köçürdü - MƏBLƏĞ
Beləliklə, Mobil Bank əlavəsi banka gəlmədən ödənişlər, köçürmələr və müxtəlif bank əməliyyatlarını həyata keçirmək imkanını yaratmaqla bərabər bankın müştərilərinə təqdim etdiyi kredit, əmanət, kart məhsulları və digər xidmətlərlə bağlı yenilənmiş məlumatların əldə edilməsi fürsətini də yaradır.
Mobil Bank xidmətinin tətbiqi bank əməliyyatlarının həyata keçirilməsini daha operativ edərək zaman və məkan məhdudiyyətini aradan qaldırır.
Mobil əlavəni aşağıdakı linklərə keçid etməklə yükləyə bilərsiniz: https://www.turanbank.az/en/pages/21/174 -