TuranBank Açıq Səhmdar Cəmiyyətinin Səhmdarlarının Ümumi Yığıncağının nöbədənkənar iclası 14 avqust 2024-cü il tarixdə, saat 15:00-da keçiriləcək.
FED.az xəbər verir ki, yığıncaq Bakı şəhəri, İ.Qutqaşınlı 85 ünvanında baş tutacaq.
Nümayəndə vasitəsi ilə təmsil olunacaq səhmdarlardan müvafiq etibarnamənin iclas başlandığı tarixədək Banka təqdim edilməsi xahiş olunur.
Ünvan: Bankın Mərkəz Ofisi, Bakı şəhəri İ.Qutqaşınlı küçəsi 85.
Tel: (012) 510-79-11, 510-79-22; İndeks: AZ 1073; VÖEN:1300016391
Qeyd: İclasın gündəliyi bildirişə əlavə olunaraq səhmdarlara göndərilib.
Gündəlik üzrə məlumatları yuxarıda qeyd edilən ünvandan əldə bilərsiniz.