Azərbaycanın bank sektorunun aktiv üzvlərindən olan «Turan Bank»da personala ödənilən orta aylıq əmək haqqı məlum olub.
FED.az-ın hesablamasına görə, 2023-cü ilin nəticələrinə görə, bankda bir işçiyə çəkilən orta aylıq əmək haqqı xərci 1 878 manat təşkil edib.
Xatırladaq ki, ümumilikdə 2023-cü ildə ““Turan Bank”da işçilərin əmək haqqı xərclərinə 17 milyon 711 min manat sərf edilib.