Bu ilin I rübündə "Turanbank" 667 milyon manat kredit portfelinə malik olub.
FED.az bu barədə bankın rüblük hesabatına istinadən xəbər verir.
Məlumata görə kredit portfelinin həcmi ötən ilin sonu ilə müqayisədə 15,1 milyon manat (2%) böyüyüb.
Onun 168,1 milyon manatını istehlak, 366,3 milyon manatını biznes kreditləri, 132,5 milyon manatını isə daşınmaz əmlak (ipoteka kreditləri) təşkil edib.
2024-cü ilin sonu ilə müqayisədə istehlak kreditləri 11,8 milyon manat (8%), biznes kreditləri 0,1%, ipoteka kreditləri 3,1 milyon manat (2%) böyüyüb.
Ümumi kredit portfelinin 39,8 milyon manatını mümkün zərərlər üçün yaradılmış ehtiyat vəsaitləri təşkil edib.
Beləliklə, müştərilərə verilmiş xalis kredit məbləğinin həcmi 627,2 milyon manat olub ki, bu da ötən ilin sonu ilə müqayisədə 9,7 milyon manat, başqa sözlə 2% artım deməkdir.