Ölkənin aparıcı banklarından olan "Turanbank" ASC 2025-ci ilin ilk rübü üzrə maliyyə vəziyyətini açıqlayıb.
FED.az xəbər verir ki, bank bu ilin ilk rübündə 1 milyon 216 min manat xalis mənfəət ilə başa vurub. Məlumata görə xalis mənfəət illik 1 milyon 104 min manat (10,8 dəfə) artıb.
Gəlirləri artıb
2025-cü ilin ilk rübündə "Turanbank" ASC 23,4 milyon manat faiz gəliri əldə edib ki, bu da illik müqayisə ilə müqayisədə 1,7 milyon manat və ya 7% çoxdur.
Faiz gəlirlərinin böyük hissəsi, yəni 21,4 milyon manatı müştərilərə verilmiş kreditlərdən əldə olunub ki, bu da illik 1,8 milyon manatdan çox və ya 8% artıqdır.
Bu dövrdə bankın qiymətli kağızları üzrə faiz gəlirləri 534 min manat, başqa banklardakı depozitlərdən gəlirləri 937 min manat olub.
Hesabat dövründə "Turanbank" ASC-nin faiz xərcləri isə 11,8 milyon manat təşkil edib. Əvvəlki ilin eyni dövrünə nisbətən faiz xərcləri 800 min manat azalıb.
Faiz xərcinin də böyük hissəsini - 8,8 milyon manatını əmanətlər üzrə faiz xərcləri təşkil edib.
Beləliklə bankın xalis faiz gəlirləri 11,6 milyon manata bərabər olub ki, bu da illik müqayisədə 2,6 milyon manat və ya 28% çoxdur.
Hesabat dövründə "Turanbank"ın qeyri-faiz gəlirləri 5 milyon manat, xərcləri isə 9,7 milyon manat olub.
Qeyri-faiz gəlirləri son bir il ərzində 1,5 milyon manat (41%), xərcləri isə 744 min manat (8%) artıb.
Qeyri faiz gəlirlərinin 2,2 milyon manatı haqq və komissiya gəlirlərinin, 2,8 milyon manatı məzənnə dəyişməsi də daxil olmaqla xarici valyutadan gəlirlər, 47 min manatı isə digər gəlirlər olub.
İllik müqayisə ilə alınan-haqq və komissiya gəlirləri 300 min manat (16%), xarici valyutadan gəlirlər 1,2 milyon manat (70%) digər gəlirlər isə 19 min manat (68%) artıb.
Əmək haqqı xərcləri 5 milyon manatı keçib
Əmək haqqı xərcləri 888 min manat (19%) artaraq 5,5 milyon manata yüksəlib.
Bundan başqa ümumi və inzibati xərclər 2,3 milyon manata bərabər olub,
Amortizasiya xərcləri 102 min manat (17%) artaraq 696 min manata, digər xərcləri isə 1,3 milyon manat təşkil edib.
Xalis mənfəət 11 dəfə artıb
Nəticədə 2025-ci ilin 1-ci rübündə "Turanbank" ASC-nin əməliyyat mənfəəti 6,9 milyon manata yüksəlib. Bundan 5,7 milyon manat mümkün zərərlər üzrə ehtiyata yönəldilib. Nəticədə bank 1-ci rübü 1 milyon 216 min manat xalis mənfəətlə tamamlayıb.
Bank böyüyür
"Turanbank" bu ilin 1-ci rübün sonunda 875,5 milyon manat aktivlərə malik olub. Aktivlərin 92,6 milyon manatını nağd pul vəsaitləri, 39,8 milyon manatını qiymətli kağızlara yatırımlar təşkil edib.
Ötən ilin sonu ilə müqayisədə aktivlər 25,6 milyon manat (3%), qiymətli kağızlara yatırımlar 11,5 milyon manat (40%) azalıb.
Kredit portfeli genişlənir
Hesabat dövründə "Turanbank" 667 milyon manat kredit portfelinə malik olub. Kredit portfelinin həcmi ötən ilin sonu ilə müqayisədə 15,1 milyon manat (2%) böyüyüb.
Onun 168,1 milyon manatını istehlak, 366,3 milyon manatını biznes kreditləri, 132,5 milyon manatını isə daşınmaz əmlak (ipoteka kreditləri) təşkil edib.
2024-cü ilin sonu ilə müqayisədə istehlak kreditləri 11,8 milyon manat (8%), biznes kreditləri 0,1%, ipoteka kreditləri 3,1 milyon manat (2%) böyüyüb.
Ümumi kredit portfelinin 39,8 milyon manatını mümkün zərərlər üçün yaradılmış ehtiyat vəsaitləri təşkil edib.
Beləliklə, müştərilərə verilmiş xalis kredit məbləğinin həcmi 627,2 milyon manat olub ki, bu da ötən ilin sonu ilə müqayisədə 9,7 milyon manat, başqa sözlə 2% artım deməkdir.
Öhdəliklər 770 milyon manatı ötüb
1-cü rübün sonunda "Turanbank" ASC-nin öhdəlikləri 772,2 milyon manata bərabər olub. Bu illik müqayisə ilə 24,4 milyon manat, başqa sözlə 3% çoxdur.
Depozit portfelinin həcmi 437,8 milyon manat olub ki, onun da 368,5 milyon manatı fiziki şəxslərin əmanətlərinin, 69,3 milyon manatı hüquqi şəxslərin depozitlərinin payına düşüb.
Bundan başqa, "Turanbank" ASC-nin Mərkəzi bank qarşısında 141 milyon manat, digər banklar qarşısında 149 milyon manat öhdəliyi var.
Balans kapitalı 1,3 milyon manat və ya 1% artaraq 103,3 milyon manata yaxınlaşıb.