2025-cü ilin ilk rübündə "Turanbank" ASC 23,4 milyon manat faiz gəliri əldə edib.
FED.az bu barədə bankın rüblük hesabatına istinadən xəbər verir.
Bu da illik müqayisə ilə müqayisədə 1,7 milyon manat və ya 7% çoxdur.
Faiz gəlirlərinin böyük hissəsi, yəni 21,4 milyon manatı müştərilərə verilmiş kreditlərdən əldə olunub ki, bu da illik 1,8 milyon manatdan çox və ya 8% artıqdır.
Bu dövrdə bankın qiymətli kağızları üzrə faiz gəlirləri 534 min manat, başqa banklardakı depozitlərdən gəlirləri 937 min manat olub.
Hesabat dövründə "Turanbank" ASC-nin faiz xərcləri isə 11,8 milyon manat təşkil edib. Əvvəlki ilin eyni dövrünə nisbətən faiz xərcləri 800 min manat azalıb.
Faiz xərcinin də böyük hissəsini - 8,8 milyon manatını əmanətlər üzrə faiz xərcləri təşkil edib.
Beləliklə bankın xalis faiz gəlirləri 11,6 milyon manata bərabər olub ki, bu da illik müqayisədə 2,6 milyon manat və ya 28% çoxdur.