"Rabitəbank"ın müştərilərə verdiyi kreditlərin ümumi həcmi 941 milyon 289 min manat təşkil edib.
FED.az biznes və maliyyə xəbərləri portalı maliyyə qurumunun hesabatına istinadən xəbər verir.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 93 milyon 197 min manat, yəni 11% artım deməkdir.
Portfelin artımında bütün seqmentlər üzrə yüksəliş qeydə alınıb. Belə ki, istehlak kreditləri 44 milyon 501 min manat (15,2%) artaraq 337 milyon 899 min manata, biznes kreditləri 19 milyon 152 min manat (4,8%) artaraq 418 milyon 264 min manata, daşınmaz əmlak kreditləri isə 29 milyon 545 min manat (19%) artaraq 185 milyon 127 min manata çatıb.
Kredit portfelinin keyfiyyətinin yaxşılaşması fonunda, mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatların həcmi 3 milyon 50 min manat (13%) azalaraq 20 milyon 470 min manata enib.
Nəticədə, maliyyə qurumunun müştərilərə verdiyi xalis kredit portfelinin həcmi il ərzində 96 milyon 247 min manat (11,7%) artaraq 920 milyon 819 min manata çatıb.
Xatırladaq ki, ötən ilin sonunda ümumi kredit portfeli 848 milyon 92 min manat olmuşdur. Bu portfelin 399 milyon 112 min manatı biznes kreditlərinin, 293 milyon 398 min manatı istehlak kreditlərinin, 155 milyon 582 min manatı isə daşınmaz əmlak kreditlərinin payına düşürdü. Həmin dövrdə mümkün zərərlər üçün 23 milyon 520 min manat ehtiyat yaradılmış və nəticədə xalis kredit portfeli 824 milyon 572 min manat təşkil etmişdir.












