Bu ilin III rübünün sonuna oluna məlumatlara görə “Kapital Bank”ın depozit portfeli 8 milyard 670 milyon 921 min manat təşkil edib.
FED.az bu barədə bankın rüblük hesabatına istinadən xəbər verir.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 733 milyon 223 min manat və ya 9,2% artım deməkdir.
Depozit portfelinin 3 milyard 92 milyon 548 min manatı fiziki şəxslərin, 5 milyard 578 milyon 373 min manatı isə hüquqi şəxslərin payına düşüb.
İllik müqayisədə fiziki şəxslərin depozitləri 507 milyon 369 min manat (19,6%), hüquqi şəxslərin depozitləri isə 225 milyon 854 min manat (4,2%) artıb.
Xatırladaq ki, 30 sentyabr 2024-cü il tarixində bankın ümumi depozit portfeli 7 milyard 937 milyon 698 min manat təşkil edirdi. Bu məbləğin 2 milyard 585 milyon 179 min manatı fiziki, 5 milyard 352 milyon 519 min manatı isə hüquqi şəxslərin depozitləri idi.














