“Kapital Bank” ASC 2025-ci ilin ilk 9 ayının yekunlarına dair maliyyə hesabatını açıqlayıb.
FED.az xəbər verir ki, hesabat bankın həm gəlirlərinin, həm də mənfəətinin kəskin dərəcədə artdığını göstərib.
Bank 2025-ci ilin 9 ayını 229,1 milyon manat xalis mənfəətlə başa vurub. Bu, ötən ilin eyni dövrünün nəticəsindən 63,1 milyon manat və ya 37,9% çoxdur.
Bankın faiz gəlirləri 874,7 milyon manat təşkil edib. Bu, ötən ilə nisbətən 259,7 milyon manat (42,2%) çoxdur.
Bu artımın əsas səəbi müştərilərə verilmiş kreditlərdən əldə edilən gəlir olub. Bu maddə 701,3 milyon manata yüksəlib ki, bu da illik 196,0 milyon manat (38,8%) artım deməkdir.
Ticarət və investisiya qiymətli kağızları üzrə faiz gəlirləri 142,7 milyon manat olub. Bu da illik 81,8 milyon manat (2,3 dəfə) artımdır.
Digər faiz gəlirləri isə 16,5 milyon manat təşkil edib.
Hesabat dövründə faiz xərcləri 277,1 milyon manat təşkil edib. Bu da illik müqayisədə 118,5 milyon manat (74,9%) artımdır.
Depozitlər üzrə faizlər 85,6 milyon manat (74,6%) artaraq 200,2 milyon manata yüksəlib.
Mərkəzi bank və dövlət fondları qarşısında öhdəliklər üzrə faiz xərcləri 14,0 milyon manat olub.
Cəlb edilmiş kreditlərə görə ödənilən faizlər 21,9 milyon manat təşkil edib.
Qiymətli kağızlar üzrə faizlər isə 22,1 milyon manat olub.
Nəticədə bankın xalis faiz gəlirləri 588,4 milyon manata çatıb. Bu da illik 139,3 milyon manat (31,0%) artımdır.
Bankın qeyri-faiz gəlirləri 463,6 milyon manat olub. Bu, illik müqayisədə 21,5 milyon manat (4,9%) artımdır.
Alınan haqq və komissiya gəliri 18,0 milyon manat (4,5%) artaraq 415,2 milyon manata çatıb.
Xarici valyutadan gəlir 36,6 milyon manat, digər gəlirlər isə 11,3 milyon manat təşkil edib.
Qeyri-faiz xərcləri 686 milyon manat təşkil edib, illik müqayisədə 116,2 milyon manat (20,4%) artıb.
Əmək haqqı və digər kompensasiya növləri üzrə xərclər 213,3 milyon manata yüksələrək 29,1 milyon manat (15,9%) artıb.
Ümumi və inzibati xərclər 70,2 milyon manat, amortizasiya xərcləri 38,6 milyon manat olub.
Digər xərclər isə 363,9 milyon manat təşkil edərək son bir il ərzində 64,5 milyon manat (21,6%) artıb.
Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlar 75,7 milyon manata bərabər olub.
Bu amillərin birgə təsiri ilə bankın mənfəət vergisindən əvvəlki mənfəəti 290,3 milyon manat olub. Bu da illik 70,1 milyon manat (31,8%) artımdır.
Mənfəət vergisi 61,2 milyon manat təşkil edib.
“Kapital Bank”ın cəmi aktivləri 12 milyard 64 milyon manat təşkil edib. Bu, ilin əvvəli ilə müqayisədə 691,8 milyon manat (6,1%) çoxdur.
Bu böyümənin əsas səbəbi, müştərilərə verilmiş xalis kreditlərin 4 milyard 807 milyon manata bərabər olmasıdır. Xalis kredit portfeli 186,2 milyon manat (4%) böyüyüb.
İstehlak kreditləri 3 milyard 132 milyon manata bərabər olub ki, bu da illik müqayisədə 192,3 milyon manat (6,5%) çoxdur.
Biznes kreditləri 1 milyard 703 milyon manat olub ki, bu da 36,2 milyon manat (2,2%) artımdır.
Daşınmaz əmlak kreditləri isə 597,6 milyon manat təşkil edib.
Banklar və digər maliyyə institutlarındakı depozitlər 161,4 milyon manata yüksəlib. Bu da ilin əvvəli ilə müqayisədə 120,4 milyon manat (4,0 dəfə) artımdır.
Nağd pul vəsaitləri 2 milyard 857 milyon manat olub. Bu, ötən ilin sonu ilə müqayisədə 140,0 milyon manat (5,2%) artımdır.
Bankın ticarət və investisiya qiymətli kağızları 3 milyard 148 milyon manat təşkil edib.
İnvestisiyalar və maliyyə iştirakı 180,3 milyon manat olub. Bu da 31,8 milyon manat (21,4%) artım deməkdir.
Əmlak və avadanlıqlar 120,5 milyon manat, qeyri-maddi aktivlər 38,3 milyon manat, digər aktivlər isə 658,1 milyon manat təşkil edib.
Cəmi öhdəliklər 10 milyard 974 milyon manata yüksəlib. Bu da ilin əvvəli ilə müqayisədə 529,9 milyon manat (5,1%) artımdır.
Bu artımın əsas səbəbi kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəliklərin 1 milyard 140 milyon manata bərabər olmasıdır. Bu öhdəliklər ötən ilin sonuna nəzərən 540,6 milyon manat (90,2%) artıb.
Depozitlər 8 milyard 671 milyon manata bərabər olub.
Fiziki şəxslərin depozitləri 3 milyard 93 milyon manat təşkil edib. Ötən ilin sonuna nəzərən bu əmanətlər 498,4 milyon manat (19,2%) artıb.
Hüquqi şəxslərin depozitləri isə 5 milyard 578 milyon manat təşkil edib.
Mərkəzi bank və dövlət fondları qarşısında öhdəliklər 275,5 milyon manata bərabər olub.
Borc qiymətli kağızları 110 milyon manata bərabər olub. İllik bu göstərici üzrə 10 milyon manat (10,0%) artım baş verib.
Subordinasiya borc öhdəlikləri isə 42,5 milyon manat (16,1%) artımla 306 milyon manata yüksəlib.
Cəmi kapital 1 milyard 90 milyon manata bərabər iolub. Bu isə son bir ildə 162,1 milyon manat (17,5%) artımın baş verməsi deməkdir.
Səhmdar kapitalı 265,9 milyon manat səviyyəsində dəyiməz qalıb.
Bölüşdürülmüş mənfəət 135,1 milyon manat (22,5%) araraq 734,4 milyon manata çatıb.
Ümumi ehtiyatlar isə 89,0 milyon manata çatıb ki, bu da ötən ilin sonuna nəzərən 27 milyon manat (43,6%) artımdır.