2025-ci ildə "Bank Respublika"nın müştərilərə verdiyi kreditlərin ümumi həcmi (ehtiyatlar çıxılmadan) 1 milyard 653,6 milyon manat təşkil edib.
FED.az biznes və maliyyə xəbərləri portalı maliyyə qurumunun hesabatına istinadən xəbər verir.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 181,7 milyon manat, yəni 12,4% artım deməkdir.
Portfelin artımında əsas rolu biznes kreditləri oynayıb. Maliyyə qurumunun biznes kreditləri portfeli il ərzində 102 milyon manat (10,1%) artaraq 1 milyard 115,4 milyon manata çatıb.
İstehlak kreditlərinin həcmi də 56,7 milyon manat (18,2%) artaraq 368,9 milyon manatı ötüb. Daşınmaz əmlak kreditlərində isə 23,1 milyon manat (15,8%) artım qeydə alınıb və bu portfel 169,3 milyon manata yüksəlib.
Xatırladaq ki, 2024-cü ildə "Bank Respublika"nın ümumi kredit portfeli 1 milyard 471,9 milyon manat olub. Həmin portfelin 1 milyard 13,4 milyon manatı biznes kreditlərinin, 312,3 milyon manatı istehlak kreditlərinin, 146,3 milyon manatı isə daşınmaz əmlak kreditlərinin payına düşürdü.











