2025-ci ilin yekunlarına görə, "Bank Respublika"nın əmək haqqı və digər kompensasiya növləri üzrə xərcləri 79,8 milyon manata yaxın təşkil edib.
FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə bankın hesabatına istinadən xəbər verir.
Bu, 2024-cü ilin sonu ilə müqayisədə 11,9 milyon manat, yəni 17,6% artım deməkdir.
Xatırladaq ki, 2024-cü ildə "Bank Respublika"nın əmək haqqı və digər kompensasiya xərcləri 67,8 milyon manat təşkil edib.











