ölkənin aparıcı banklarından biri olan "Bank Respublika"nın kredit portfelində ötən ilin sonundan bu yana 180 milyonluq artım müşahidə olunub.
FED.az bu barədə bankın rüblük hesabatına istinadən xəbər verir.
Belə ki, ümumi kredit portfeli 1 milyard 352 milyon manat təşkil edib. Kredit portfeli ötən ilin sonu ilə müqayisədə 178 milyon 70 min manat (15%) böyüyüb.
Kredit portfelinin 295 milyon 321 min manatını istehlak, 914 milyon 825 min manatını biznes, 142 milyon 152 min manatını ipoteka kreditləri təşkil edib.
Əvvəlki ilin sonu ilə müqayisədə istehlak kreditləri 44 milyon 577 min manat (18%), biznes kreditləri 113 milyon 445 min manat (14%), ipoteka kreditləri 20 milyon 287 min manat (17%) artıb.
Xatırladaq ki, bank ötən ilin sonunda 1 milyard 174 milyon manat kredit portfelinə malik olub ki, onun da 250 milyon 744 milyon manatını istehlak, 801 milyon 381 milyon manatını biznes, 121 milyon 865 min manatını isə daşınmaz əmlak (ipoteka) kreditləri təşkil edib.