Bu ilin III rübündə "Bank Avrasiya"nın kredit portfeli 136,8 milyon manata bərabər olub.
FED.az bu barədə bankın rüblük hesabatına istinadən xəbər verir.
Bu ötən ilin 3-cü rübü ilə müqayisədə 350,5 min manat (0,3%) azalma deməkdir.
Onun da 14,6 milyon manatını istehlak, 64,7 milyon manatını biznes kreditləri, 57,5 milyon manatını isə daşınmaz əmlak (ipoteka kreditləri) təşkil edib.
2023-cü ilin sonu ilə müqayisədə istehlak kreditləri 853,1 min manat (6%), biznes kreditləri 1,5 milyon manat (2%) kiçilib, ipoteka kreditləri 2 milyon manat (4%) böyüyüb.