"Bank Avrasiya"ın faiz gəlirləri 2024-cü ilin 3-cü rübündə 11,2 milyon manat təşkil edib.
FED.az bu barədə bankın rüblük hesabatına istinadən xəbər verir.
Bu illik müqayisə ilə 1 milyon manat və ya 8% azalma deməkdir.
Faiz gəlirlərinin böyük hissəsi, yəni 9,5 milyon manatı müştərilərə verilmiş kreditlərdən əldə olunub ki, bu da illik 0,1 milyon manat və ya 1,11% artıqdır.
Ticarət və investisiya qiymətli kağızları üzrə faiz gəlirləri isə təqribən 150 min manata bərabər olub ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 568,1 min manat (4,8 dəfə) azalma deməkdir.
Bundan başqa banklar və digər maliyyə insitutlarına verilən kreditlər üzrə faiz gəlirləri 345,6 min manata, banklar və digər maliyyə insitutlarındakı depozitlər üzrə faiz gəlirləri 964,9 min manat, digər faiz gəlirləri 281,4 min manata bərabər olub.
İllik müqayisədə banklar və digər maliyyə insitutlarına verilən kreditlər üzrə faiz gəlirləri 48,4 min manat (12,3%), banklar və digər maliyyə insitutlarındakı depozitlər üzrə faiz gəlirləri 368,8 min manat (27,7%), digər faiz gəlirləri 73,3 min manat (20,7%) azalıb.