Qarşıdan gələn ya ayları və turizm mövsümündə vətəndaşların əsas qayğılarından biri – səyahətə gedərkən qiymətli əşyaları qorumaqdır.
ABB ölkədə ilk dəfə avtomatlaşdırılmış depozit qutuları sistemini tətbiq edir
FED.az xatırladır ki, evdəki pul, qızıl-zinət məmulatları, vacib sənədlər və digər qiymətli əşyalar ev sahibləri olmayanda oğurlana və ya baş verən hər hansı hadisədən məhv ola bilərlər.
Belə hallardan qorunmaq üçün sərfəli üsullardan biri həmin əşyaları və pulları banklardakı depozit seyflərində yerləşdirməkdir.
Ölkədəki bankların əksəriyyəti bu xidmətləri təqdim edir. Əsas məsələ şərtləri araşdıraraq sərfəli variantı seçməkdir.
Hər bir bankda isə depozit qutuları ölçülərinə (hündürlük, en, uzunluq) və müddətinə görə (aylıq, illik) fərqli qiymət təklif edilir. FED.az biznes və maliyyə xəbərləri portalı bankların bu xidmətlərini araşdırıb.
Qeyd edək ki, seyflərlə bağlı tariflər təkcə onların icarəsi ilə bağlı deyil. tariflərlə yanaşı, açarın itirilməsinə görə, cərimələr də nəzərdə tutulur.
Azərbaycan Beynəlxalq Bankı (ABB) – Ölkənin ən böyük bankının filial şəbəkəsi kimi, depozit qutuları sayı da böyükdür. Nəticədə müştərilər öz əşyalarını ABB-nin həm Bakıda, həm də regionlardakı bölmələrindəki depozit seyflərində yerləşdirə bilərlər. İcarə haqları, seyfin ölçüsündən və regionlardan asılı olaraq dəyişir.
Ölçüsü 20 min sm3 -dək olan seyflərin aylıq icarəsi 10-15 manat (regionlarda 10, Bakıda 15 manat), 20-60 min sm3-dək icarə haqqı 15-30 manat, 60 min sm3-dən artıq seyfin icarə haqqı 30-50 manatdır. Seyfin minimal icarə müddəti 1 gün, maksimal icarə müddəti 1 ildir.
«Kapital Bank» – Əşya bankın əmanət qutularında 3 ay və daha çox müddətə saxlanıla bilər. Təbii ki, icarə qiyməti qutuların ölçüsünə görə dəyişir: Ölçüsü 10 sm x 40 sm x 45 sm – 30 manat (aylıq xidmət haqqı), 60sm x 40sm x 45 sm – 75 manat (aylıq xidmət haqqı)
«Bank of Baku» – Depozitin aylıq icarə ödənişi 10 manat, illik 100 manatdır. 12 aylıq olduğu üçün müştəri 2 aylıq (20 manat) icarə ödənişindən azad edilir.
«VTB Bank Azərbaycan»– Bankda əşyaları 5 gündən 1 ilə kimi saxlamaq imkanı var. 220 x 260 x 390 mm ölçülü qutu üçün 5 günlük icarə ödənişi 2 manat, 1 aylıq 25 manat, 1 illik isə 250 manatdır.
«Ziraat Bank Azərbaycan» - Depozit qutuları 3 növdə verilir: kiçik, orta, böyük. Kiçik qutu üçün 1 aylıq ödəniş 25, 1 illik ödəniş 250 manatdır. Orta ölçülü qutu üçün 1 aylıq ödəniş 30 manat, 1 illik ödəniş 300 manatdır. Böyük ölçülü qutu üçün 1 aylıq ödəniş 50 manat, 1 illik ödəniş 500 manatdır.
*Qıfılın dəyişdirilməsi 150 manat, kasetin dəyişdirilməsi 20 manat
**Açarın itirilməsinə görə 50 manat + kilidin məcburi açılması ilə əlaqədar onun təmirinə çəkilmiş faktiki xərclər ≈200 manat