Azərbaycan bank sektorunun aparıcı iştirakçılarından olan «Paşa Bank» 2022-ci ilin 4-cü rübünün nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, 2022-ci ildə bankın faiz gəlirləri 312 milyon manat təşkil edib. Bunun təqribən 213 milyon manatı müştərilərə verilmiş kreditlərdən bankın qazandığı faizlərdir.
Azərbaycanın ən böyük bankı daha da güclənib - BÖYÜK MƏNFƏƏT - HESABAT
«Rabitəbank»ın kredit portfeli böyüyüb - XALİS MƏNFƏƏTİ 4 DƏFƏ ARTIB - HESABAT
Bundan başqa, «Paşa Bank» digər banklara və maliyyə təşkilatlarına verilən kreditlərdən və orada yerləşdirilən depozitlərdən təqribən 31 milyon manat qazanıb. Qiymətli kağızlara yatırılan vəsaitlər isə banrka il ərzində 67 milyon manat qazanc gətirib.
Azərbaycan bankları 2022-ni belə başa vurdu – MƏNFƏƏT-ZƏRƏR – SİYAHI - YENİLƏNİR
2022-ci ildə bankın faiz xərcləri cəmi 51,3 milyon manat olub. Bunun 37,2 milyonu bankdakı depozitlərə görə ödənilən faizlər, 8,8 milyon manat isə «Paşa Bank»ın özünün aldığı kreditlərə görə ödədiyi faizlər olub. Eyni zamanda «Paşa Bank» özünün buraxdığı qiymətli kağızlara görə 4 milyon manatdan çox faiz ödəyib.
Nəticədə ilin sonuna bankın xalis faiz gəliri 259,8 milyon manat olub.
2022-ci ildə bankın qeyri-faiz gəlirləri 185,6 milyon manat təşkil edib. Bunun 114 milyon manatı bankın müştərilərdən topladığı komissiya haqlarıdır. Xarici valyutalarla əməliyyatlardan 42 milyon manat əldə edilib, əvəzində «Paşa Bank» qiymətli kağızların satışından və yenidən qiymətləndirilməsindən təqribən 14 milyon manat itirib. «Digər gəlirlər» maddəsi isə banka 42 milyon manat qazandırıb.
2022-ci ildə «Paşa Bank»ın qeyri-faiz xərcləri 232,6 milyon manat olub. Bunun cəmi 25%-i əmək haqqı xərcləridir – 58,2 milyon manat.
Ötən il bankın saxlanması üçün inzibati və ümumii xərclərə 72,3 milyon manat, digər xərclərə 68,7 milyon manat sərf edilib. Daha 33 milyon manat isə amortizasiya xərcləri olaraq silinib.
Nəticədə ilin sonuna «Paşa Bank»ın əməliyyat mənfəəti 212,8 milyon manata yüksəlib.
Bundan 14 milyon manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayrılıb, 49 milyon manat isə mənəfəət vergisi kimi ödənilib.
Nəticədə 2022-ci ilin sonuna Bankın xalis mənfəəti 149,4 milyon manat olub.
2022-ci ilin sonunda «Paşa Bank»ın aktivləri 2,1m milyard manat artaraq 8,5 milyard manata (8 520 milyon manat) yüksəlib.
Bu böyümənin yarıdan çoxu nağd vəsaitlərin payına düşür – 1,3 milyard manatdan 3 milyard manata qalxıb.
2022-ci ilin sonuna «Paşa Bank»ın kredit portfeli 2,7 milyard manat olub. Bankın biznes kreditləri 2 milyard 346 milyon manat təşkil edib, ötən il bu kreditlər cəmi 50 milyon manat artıb. Əvəzində kredit portfelində istehlak kreditlərini həcmi sürətlə artmağa başlayıb. İstehlak kreditləri 65% artaraq 270 milyon manat təşkil edib.
2022-ci ildə «Paşa Bank» qiymətli kağızlara yatırımlar azaldıb – 20 milyon manatlıq azalmadan sonra bu sahəyə yatırımlar 1 milyard 745 milyon manat olub.
2022-ci ilin sonuna Bankın öhdəlikləri 7,8 milyard manat olub. Bunun 7 milyard manatı depozit portfelidir. Ötən il «Paşa Bank»dakı fiziki şəxslərin əmanətləri 70 milyon manat azalaraq 1 milyard 570 milyon mavnata enib. Hüquqi şəxslərin əmanətləri isə 2,1 milyard artaraq 5 milyard 435 milyon manata yüksəəlib.
2022-ci ildə «Paşa Bank»ın öhdəlikləri sırasına daha 105 milyon manatlıq istiqraz öhdəlikləri də daxil olub.
İlin sonuna bankın cəmi kapitalı 663 milyon manat təşkil edib. Bunun 643 milyon manatı səhmdar kapitalıdır.