Azərbaycanın bank sektorunun lideri Azərbaycan Beynəlxalq Bankı (ABB) 2022-ci ili uğurlu nəticələrlə başa vurub.
Azərbaycanın ən böyük bankı - ABB-nin KOBİA şöbəsi açıldı
FED.az bankın hesabatına istinadən xəbər verir ki, 2022-ci ildə Bankın aktivləri 2,5 milyard manat və ya 22% artaraq 14 milyard manatı keçib.Bu - ölkənin bank sektorunda tarixi rekorddur.
Ötən il bankın gəlirləri 100 milyon dollardan çox artaraq 780 milyon manata yaxınlaşıb. Xalis mənfəəti isə 20%-dən çox artaraq 254 milyon manatı keçib.
FED.az xəbər verir ki, 2022-ci ildə ABB-nin faiz gəlirləri 146 milyon manat və ya 33% artaraq 582 milyon manata yüksəlib. Bunun 370 milyon manatını kredit portfelindən əldə edilən gəlirlər (74 milyon manat və ya 26% artıb) təşkil edib.
Bankın qiymətli kağızlara yatırımlarından əldə etdiyi vəsait isə 73,4 milyon manata yüksəlib (13,7 milyon manat və ya 23% artım var). 2022-ci ildə ABB-nin başqa banklar və maliyyə qurumlarında yerləşdirdiyi depozitlər ona 98,2 milyon manat gəlir gətirib. 2021-ci illə müqayisədə bu göstərici 21 milyon manat və ya 27% artıb.
İl ərzində ABB-nin «Digər gəlirləri» isə 3 dəfədən çox artaraq 12,5 milyon manatdan 40 milyon manata yüksəlib.
2022-ci ildə Azərbaycan Beynəlxalq Bankının faiz xərcləri illik ifadədə 5 milyon manat artaraq 91,7 milyon manata yüksəlib. Bundan 61 milyon manatı ABB-də əmanət saxlayan şəxslərə faiz gəliri kimi ödənilib. Daha 22,8 milyon manat isə ABB-nin buraxdığı qiymətli kağızlar üzrə faiz ödənişi kimi edilib.
Nəticədə 2022-ci ilin yekununa ABB-nin xalis faiz gəliri 491 milyon manata yüksəlib. Bu – 2021-ci illə müqayisədə 141 milyon manat və ya 40% artıqdır.
Ötən il ABB-nin qeyri-faiz gəlirləri də 30 milyon manata yaxın artaraq 197 milyon manatı keçib.
Bunun 99 milyon manatı bankın göstərdiyi xidmətlər müqabilində əldə etdiyi komissiya haqları olub. Əvvəlki illə müqayisədə 27 milyon manat və ya 38% artıb.
Xarici valyutalarla əməliyyatlardan əldə edilən vəsait isə 21 milyon manat və ya 35% artaraq 80,4 milyon manata yüksəlib. Nəhayət ötən il bankın digər gəlirləri 17 milyon manatı keçib.
2022-ci ildə ABB-nin qeyri-faiz xərcləri 53 milyon manat və ya 22% artaraq 240 milyon manatdan 293 milyon manata yüksəlib.
Artımın böyük hissəsini bankın əməkdaşlarına ödənilən əmək haqqı təşkil edib. Belə ki, ötən il bank əməkdaşlarına 125,4 milyon manat əmək haqqı ödənilib, bu əvvəlki illə müqayisədə 27 milyon manat və ya 27,5% artıqdır.
Bu dövrdə bankın ümumi və inzibati xərcləri isə 5,5 milyon manat artaraq 21,8 milyon manat təşkil edib. Amortizasiya xərclərinə 28 milyon manat, digər xərclərə isə 116 milyon manat sərf edilib.
Nəticədə ABB 2022-ci ili 395 milyon 430 min manat həcmində əməliyyat gəliri ilə başa vurub. Xatırladaq ki, 2021-ci ildə bu göstərixi 278 milyon manat olmuşdu. Başqa sözlə 2022-də ABB-nin əməliyyat gəlirləri 117 milyon manat və ya 42% yüksəlib.
İlin yekununda bank mümükün zərərlərdən qorunmaq üçün 61,5 milyon manat ehtiyat ayırıb.
Bankın ödədiyi mənfəət vergisinin məbləği isə əvvəlki illə müqayisədə 28 milyon manat və ya 55% artaraq 79,5 milyon manata yüksəlib.
Nəticədə ABB 2022-ci ili 254,4 milyon manat xalis mənfəətlə tamamlayıb. Bu – 2021-ci illə müqayisədə 22% artıqdır.
2022-ci ildə ABB-nin aktivləri 2,5 milyard manat və ya 22,2% artaraq 14 milyard manatı keçib. Bunun 3 milyard 934 milyon manatı nağd pul vəsaitləri və ekvivalentləridir.
Xatırladaq ki, 2021-ci ildə bu göstərici 6 milyard 412 milyon manat idi. 2022-ci ildə isə ABB həmin vəsaitlərin bir hissəsini qiymətli kağızlara, digərini isə başqa banklardakı depozit qoyuluşlarına yönəldib.
Nəticədə ABB-nin qiymətli kağızlara yatırımları 2,2 dəfə artaraq 1,4 milyard manatdan 3 milyard manata yüksəlib.
Başqa banklar və maliyyə qurumlarındakı depozitlər isə 6,8 dəfə artaraq 3 milyard 240 milyon manata çatıb.
2022-ci ildə ABB-nin kredit portfeli 3,5 milyard manatı keçib. Bu ölkə bankları arasında rekord göstəricidir. Son bir ildə kredit portfeli 432 milyon manat və ya 14% artıb.
Kredit potfelinin böyük hissəsi biznes kreditlərinin payına düşür. ABB-nin biznes kredit portfeli 1 milyard 638 milyon manat və ya təqribən 1 milyard dollara çatır. Son bir ildə biznes kreditləri portfeli 50 milyon manat artıb.
Daşınmaz əmlak kreditləri portfeli 186 milyon manat və ya 25% artaraq 920 milyon dollara yüksəlib.
ABB-nin istehlak kreditləri portfeli isə 194 milyon manat və ya 25% artaraq 973 milyon manata yüksəlib.
2022-ci ildə Azərbaycan Beynəlxalq Bankının öhdəlikləri 2,4 milyard manat böyüyərək 12,4 milyard manata yüksəlib.
Bundan 10,6 milyard manat depozit portfelidir - 2022-ci ildə ABB-nin depozitləri 2 milyard 361 milyon manat və ya 28,6% böyüyüb.
Ötən il ABB-də fiziki şəxslərin əmanətlərinin həcmi 624 milyon manat və ya təqribən 50% artaraq 1,9 milyard manatı keçib.
Bankda hüquqa şəxslərin depozitləri isə 1 milyard 737 milyon manat və ya 1 milyard manatdan çox artaraq 8,7 milyard manatı keçib.
2022-ci ildə ABB borc öhdəliklərini azaltmaqda davam edib.
Belə ki, Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliklərini 40 milyon manatadək azaldaraq 115 milyon manatdan 78 milyon manata endirib. İstiqrazlar üzrə öhdəliklər isə 250 milyon manatadək azalaraq 770 milyon manatdan 520 milyon manata enib.
Nəhayət, 2022-ci ildə ABB öz kapital mövqeyini daha da yaxşılaşdırıb – bankın kapitalı təqribən 200 milyon manat artaraq 1 437 milyon manatdan 1 632 milyon manata yüksəlib.
Artım demək olar kİ, bütünüklə bölüşdürülməyən mənfəətin hesabına təmin edilib.