Azərbaycanın ən böyük banklarından olan «Paşa Bank» 2025-ci ilin 3-cü rübünün nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, hesabat dövründə bankın mənfəəti aşağı düşüb.
Ölkənin ən böyük bankı ABB-dən 261 milyon xalis mənfəət - KREDİT PORTFELİ REKORD HƏDDƏ - HESABAT
Beləliklə, 2025-ci ilin ilk 9 ayında bankın faiz gəlirləri 396,7 milyon manat təşkil edib. Bunun böyük hissəsi – 216 milyon manat bankın kredit potfelinin gəlirləridir. Bundan başqa, «Paşa bank» qiymətli kağızlara yatırımlardan 93 milyon manat, digər banklara verilən kreditlərdən 21,6 milyon manat, digər banklarda yerləşdirilən depozitlərdən isə 64,4 milyon manat qazanıb.
Bankın faiz xərcləri isə kəskin artaraq 141 milyon manatı keçib. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 56 milyon manat və ya 66% artıqdır.
Faiz xərclərinin byöük hissəsi 121 milyon manat depozitlər üzrə faiz ödənişlərinin payına düşüb. 9,3 milyon manat Mərkəzi Bank qarşısında öhdəliklərə görə, 3,6 milyon manat isə gəlb edilmiş kreditlərə görə faiz kimi ödənilib. Daha 3,8 milyon manat isə bank tərəfindən qiymətli kağızlar üzrə faiz ödənişi edilib.
Hesabat dövründə «Paşa Bank»ın qeyri-faiz gəlirləri 200 milyon manat, qeyri-faiz xərcləri 266 milyon manat olub.
FED.az xəbər verir ki, qeyri-faiz xərclərində diqqəti çəkən əsas məqam ümumi və inzibati xərclərin 5 dəfədən çox azalmasıdır. 2024-cü ilin ilk 9 ayında «Paşa Bank» inzibati xərclərə 90 milyon vəsait xərcləmişdi. Bu il isə həmin rəqəm 17,8 milyon manata enib.
Bankda əmak haqqına ayrılan vəsaitlər də azalıb - ötən ilin eyni dövründə bu məqsədlə 81 milyon manat xərcləndiyi halda, 2025-ci ilin ilk 9 ayında bu rəqəm 78 milyon manata enib.
Hesabat dövründə bankın əməliyyat mənfəəti cəmi 185 milyon manat olub ki, bu da əvvəlki illə müqayisədə 8 milyon manat azalma deməkdir – 2024-ün eyni dövründə bu göstərici 193 milyon manat idi.
Bu il Bankın mümkün zərərlər üçün ayırdığı ehtiyatlar da artıb – 13 milyon manat. Ötən il həmin göstərici 8 milyon ətrafında idi.
38 milyon manat mənfəət vergisi ödənişini də nəzərə almaqla, bank 9 ayı 132,8 milyon manat xalis mənfəətlə tamamlayıb. Bu ötən ilkindən 13 milyon manat azdır. Xatırladaq ki, 2024-cü ilin eyni dövründə xalis mənfəət 146 milyon manat idi.
Hesabat dövrünün sonuna «Paşa Bank»ın cəmi aktivləri 8 milyard 932 milyon manata çatıb. Bu ilin əvvəli ilə müqayisədə 712 milyon manat artım deməkdir.
Amma bank bu vəsaitlərin heç hamısını kredit portfelinə çevirə bilməyib, aktivlərin yalnız 37%-i kredit portfelidir – 3 milyard 338 milyon manat. Aktivlərin qalan hissəsi nağd vəsaitlər (821 milyon manat), qiymətli kağızlarda (1 milyard 987 milyon manat), başqa banklardakı depozitlərdə (2,2 milyard manat) saxlanılır. Daha 153m milyon manatı isə «Paşa Bank» başqa banklara kredit kimi ayırıb.
Bankın ayıqladığı rəqəmlər kreditləşmədə çətinliklərin olduğuna işarə edir – ilin əvvəlindən bəri «Paşa Bank»ın kredit portfeli cəmi 35 milyon manat, yəni 1 faiz artıb.
Bankın öhdəlikləri isə 7 milyard 936 milyon manata çatıb ki, bunun da 6,7 milyard manatı depozit portfelidir. Bankda hüquqi şəxslərin depozitləri artıb 5 milyard manatı keçsə də, fiziki şəxslər əmanətlərin bir hissəsini «Paşa Bank»dan çıxarıblar – əmanətlərin məbləğı 130 milyon manat azalaraq 1 milyard 759 milyon manata düşüb.
Hesabat dövrünün sonuna bankın cəmi kapitalı 996 milyon manat artaraq 1 milyard manata yaxınlaşıb.