2025-ci ilin yanvarın 1-nə Azərbaycan banklarının cəmi istehlak kredit portfeli 8 milyard 445 milyon manat təşkil edib.
FED.az bu barədə Mərkəzi Bankın açıqladığı aylıq statistik bülletenə istinadən xəbər verir.
İstehlak kredit portfeli aylıq müqayisədə 22,1 milyon manat (0,3%), illik müqayisədə 1 milyard 509 milyon manat (21,7%) böyüyüb.
Qeyd edək ki, ümumi istehlak kredit portfeli 2024-cü ilin dekabrın 1-nə 8 milyard 422,9 milyon manat, ötən ilin eyni dövrünə 6 milyard 937 milyon manat təşkil edib.