2025-ci ilin yanvarın 1-nə Azərbaycan banklarının cəmi biznes kredit portfeli 14 milyard 787,2 milyon manat təşkil edib.
FED.az bu barədə Mərkəzi Bankın açıqladığı aylıq statistik bülletenə istinadən xəbər verir.
Biznes kredit portfeli aylıq müqayisədə 40,5 milyon manat (0,2%), illik müqayisədə 2 milyard 170,4 milyon manat (17,2%) böyüyüb.
Qeyd edək ki, ümumi biznes kredit portfeli 2024-cü ilin dekabrın 1-nə 14 milyard 746,7 milyon manatın, ötən ilin eyni dövrünə 12 milyard 616,8 milyon manat təşkil edib.