2024-cü il ərzində Azərbaycandan xarici ölkələrə 61,9 milyon dollar dəyərində alma ixrac edilib.
FED.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.
Həmin göstəricinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 4,7 milyon dollar 8,2% artıb.
Qeyd edək ki, 2023-cü ildə 57,2 milyon dollar dəyərində alma ixrac edilib.
Təkcə dekabr ayında 8,7 milyon dollarlıq alma ixrac edilib ki, bu da illik müqayisədə 1,6 milyon dollar və ya 22,5% çoxdur.