Bu ilin iyulun 1-i vəziyyətinə Azərbaycanda bankların istehlak kreditləri portfelinin həcmi 8 milyard 898,3 milyon manat təşkil edib.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
İstehlak kreditləri portfeli son bir il ərzində (illik müqayisədə) 1 milyard 264,5 milyon manat və ya 16,6% artıb. Portfel ötən ilin sonu ilə müqayisədə isə 453,3 milyon manat və ya 5,4% böyüyüb. Aylıq artım isə 16,4 milyon manat və ya 0,2% təşkil edib.
Qeyd edək ki, iyunun 1-nə istehlak kreditləri portfeli 8 milyard 881,9 milyon manat, ötən ilin sonunda 8 milyard 445 milyon manat, ötən ilin eyni dövründə isə 7 milyard 633,8 milyon manat təşkil edib.