Bu ilin iyulun 1-i vəziyyətinə Azərbaycanda bankların biznes kreditləri portfelinin həcmi 15 milyard 143,7 milyon manat təşkil edib.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Biznes kreditləri portfeli son bir il ərzində (illik müqayisədə) 1 milyard 268,9 milyon manat və ya 9,1% artıb. Portfel ötən ilin sonu ilə müqayisədə isə 356,5 milyon manat və ya 2,4% böyüyüb. Aylıq artım isə 43,7 milyon manat və ya 0,3% təşkil edib.
Qeyd edək ki, iyunun 1-nə biznes kreditləri portfeli 15 milyard 100 milyon manat, ötən ilin sonunda 14 milyard 787,2 milyon manat, ötən ilin eyni dövründə isə 13 milyard 874,8 milyon manat təşkil edib.