Hazırda Azərbaycanın maliyyə sektorunun qarşısında 2 əsas çağırış var - xərclər və dələduzluq.
Bankların saxta səhifəsini yaradıb - “aşağı faizli” və “zaminsiz kredit” təklif edirdilər - TUTULDULAR - ADLAR - VİDEO
Mərkəzi Bank: Ən çox qadınların kartlarından pul oğurlanır
Dələduzluq edilən şübhəli nömrələr dərhal bloklanacaq - MƏRKƏZİ BANKDAN YENİ SİSTEM
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bunu bu gün Bakıda işinə başlayan "X Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti"ndə Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin üzvü Vüsal Xəlilov deyib.
Azərbaycanda bank rəhbərləri nə qədər qazanıb? – BANKLAR, SİYAHI, MƏBLƏĞLƏR
Onun sözlərinə görə, ən böyük iki çağırış maliyyə sektorunda artan xərclər və dələduzluq riskləridir: 'Xərclər kontekstində həm rəqəmsallaşma ilə bağlı yaranan xərcləri, həm də nağdsız ödənişlər sektorundakı xərcləri qeyd edə bilərik. Bu xərcləri daha çox banklar, ödəniş təşkilatları və təsərrüfat subyektləri hiss edirlər. Dələduzluqla bağlı təhdidlər isə, təəssüf ki, hər bir vətəndaşı birbaşa narahat edir".
V. Xəlilov bildirib ki, Mərkəzi Bank bu problemlərin həlli üçün bank sektorunun digər iştirakçıları ilə birlikdə addımlar atır: "İlk növbədə, xərclərin optimallaşdırılması məqsədilə beynəlxalq kart təşkilatları ilə intensiv müzakirələr aparılır. Məqsəd həm ekvayer, həm də işuer tərəfdən təsərrüfat subyektləri üçün daha optimallaşdırılmış tarif siyasətinin formalaşdırılmasıdır. Bu istiqamətdə martin 18-də Bankın İdarə Heyətinin qərarı ilə interçeync komissiyalarının yuxarı həddi 0,25 faiz bəndi azaldılıb. Qərar iyun ayından qüvvəyə minir və bunun təsərrüfat subyektlərinin xərclərinin azalmasına müsbət təsir göstərəcəyi gözlənilir."














