30 iyun 2025-ci il tarixinə “Kapital Bank”ın cəmi aktivləri 12 milyard 714 milyon 118 min manat təşkil edib.
FED.az bu barədə bankın rüblük hesabatına istinadən xəbər verir.
Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 milyard 730 milyon 575 min manat və ya 27,3% artım deməkdir.
Bankın aktivlərinin əsas hissəsini – 4 milyard 752 milyon 590 min manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə bankın xalis kredit portfeli 477 milyon 467 min manat və ya 11,2% artıb.
Hesabat dövründə ən kəskin artım bankın ticarət və investisiya qiymətli kağızları portfelində qeydə alınıb. Bu portfel 1 milyard 647 milyon min manat və ya 2,1 dəfə artaraq 3 milyard 205 milyon min manata yüksəlib.
Bankın nağd pul vəsaitləri və ekvivalentləri 357 milyon 928 min manat (13,0%) artımla 3 milyard 122 milyon min manata çatıb. Digər aktivlər isə 627 milyon 751 min manata bərabər olub. Bu illik müqayisədə 170 milyon 907 min manat (37,4%) çoxdur.
Banklar və digər maliyyə institutlarındakı depozitlər 628 milyon 345 min manata təşkil edib. Bu illik müqayisədə 39 milyon 489 min manat (6,7%) artım deməkdir.
Xatırladaq ki, 30 iyun 2024-cü il tarixində bankın cəmi aktivləri 9 milyard 984 milyon 543 min manat, xalis kredit portfeli isə 4 milyard 275 milyon 123 min manat təşkil etmişdi.