Xəbər verildiyi kimi, «Kapital Bank» ASC səhmdarlarının 1 aprel 2020-ci il tarixində keçirilmiş ümumi yığıncağının qərarına əsasən 10 aprel 2020-si il tarixindən etibarən bankın 31 mart 2020-ci il tarixinə olan səhm sahiblərinə dividendlərin ödənilməsinə başlanılacaq.
Eləcə də bax: Azərbaycanın böyük bankı - DİVİDENTLƏRİN ÖDƏNİLMƏSİNƏ BAŞLAYIR
FED.az xatırladır ki, «Kapital Bank» 2019-cu ili 134,7 milyon manat mənfəətlə başa vurub (BANKLARIN TAM SİYAHISI).
FED.az-ın əldə etdiyi məlumata görə, toplantıda «Kapital Bank»ın hər səhminə 4,6 manat dividend ödənilməsi qərara alınıb.
«Kapital Bank»ın nizamnamə kapitalı 185 milyon 850 min manat təşkil edir. Bankın 15 milyon səhmi olduğunu nəzərə alanda səhmdarlara ümumilikdə 69 milyon manat dividend ödəniləcək.
Səhmlərin 14 milyon 980 min 163-ü və ya 99,87%-i «Paşa Holdinq»ə məxsusdur. Başqa sözlə, dividendin 68 milyon 910 min manatı «Paşa Holdinq»ə, 90 min manatı digər səhmdarlara ödəniləcək.
FED.az xəbər verir ki, dividendləri almaq üçün Bakı şəhərində yaşayan səhmdarlar Bakı şəhəri, Bülbül prospekti 60 ünvanında yerləşən bankın Mərkəz filialına, respublikanın digər şəhər və rayonlarında yaşayan səhmdarlar isə “Kapital Bank”ın yerli filiallarına şəxsiyyəti təsdiq edən sənədlə müraciət edə bilərlər.