Azərbaycanın bank sektorunun liderlərindən biri – «Kapital Bank» ASC 2023-cü ilin nəticələri üzrə səhmdarlarına dividend ödəyəcək.
FED.az xəbər verir ki, bu məsələ Bankın səhmdarlarının sentyabrın 26-da keçiriləcək ümumi yığıncağında müzakirə olunacaq.
Səhmdarların ümumi yığıncağı Bankın Bakı Şəhəri, Badamdar qəsəbəsi, Mikayıl Müşfiq küçəsi, 2E ünvanında yerləşən ofisində saat 11-də baş tutacaq. 
İclasın gündəliyində bir məsələ var – 2023-cü ilin maliyyə yekunlarına əsasən səhmdarlara dividend ödənilməsi. 
Xatırladaq ki, «Kapital Bank» 2023-cü ili 282 milyon manat xalis mənfəətlə başa vurub.
Son illər bank öz səhmlarlarına bir qayda olaraq ildə 150-170 milyon manat dividend ödəyir. 
Belə ki, 2020-ci ildə Bankın xalis mənfəəti 253,8 milyon manat, səhmdarlarına ödədiyi dividend 159,4 milyon manat olub. 
Belə ki, 2021-ci ildə Bankın xalis mənfəəti 240,5 milyon manat, səhmdarlarına ödədiyi dividend 153,3 milyon manat olub. 
2022-ci ildə isə Bank 302,6 milyon manat xalis mənfəət qarşısında səhmdlarlarına 171 milyon manat dividend ödəyib. 




 
                            
                            
                        
 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                








