“Kapital Bank” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. İclas 28 iyul 2026-cı il tarixində, saat 11:00-da baş tutacaq.
"Kapital Bank" 100 milyon manatlıq istiqraz buraxır
FED.az xəbər verir ki, səhmdarların yığıncağı Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti 153 ünvanında yerləşən “Port Baku Towers 2” ofisində (17-ci mərtəbə, “Silicon Valley” otağı) təşkil olunacaq.
Növbədənkənar yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
- “Kapital Bank” ASC tərəfindən 2025-ci ilin maliyyə ilinin yekunlarına əsasən səhmdarlara dividend ödənilməsi;
-
Kapital Bank” ASC-nin Müşahidə Şurasının əsasnaməsinə dəyişiklik edilməsi haqqında.
Bildirişdə qeyd olunur ki, yığıncaqda iştirak etmək üçün səhmdarlar şəxsiyyətini təsdiq edən sənəd (nümayəndə olduqda isə qanunvericiliklə təsdiq olunmuş qaydada etibarnamə) təqdim etməlidirlər.















