Azərbaycanın bank sektorunda daşınmaz əmlak bazarını maliyyələşdirən ipoteka kreditləri portfeli stabil artımını davam etdirir. 2026-cı ilin fevralın 1-nə olan məlumata görə, ipoteka kreditlərinin ümumi həcmi 4 milyard 605,3 milyon manata çatıb.
FED.az biznes və maliyyə xəbərləri portalının Azərbaycan Mərkəzi Bankının statistikasına əsasən verdiyi xəbərə görə, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 352,2 milyon manat və ya 8,3% artım deməkdir.
Portfelin artımı ilin əvvəlindən də davam edib, lakin dinamika çox cüzidir. Ötən ilin sonuna (4 mlrd. 602,5 mln. manat) nəzərən artım cəmi 2,8 milyon manat (0,1%) təşkil edib.
Xatırladaq ki, ipoteka kreditləri portfeli 2025-ci ilin sonunda 4 milyard 602,5 milyon manat, 2025-ci ilin yanvarın sonuna isə 4 milyard 253,1 milyon manat səviyyəsində idi.












