Bank sektorunda kreditləşmənin aktiv istiqamətlərindən biri olan istehlak kreditləri portfeli 2026-cı ilin fevralın 1-nə 9 milyard 425,9 milyon manata yüksəlib.
FED.az biznes və maliyyə xəbərləri portalı Azərbaycan Mərkəzi Bankının statistikasına istinadən xəbər verir ki, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 874,2 milyon manat və ya 10,2% artım deməkdir.
Artım ilin əvvəlindən də davam edib. Belə ki, ötən ilin sonu ilə müqayisədə portfel 71,7 milyon manat (0,8%) böyüyüb.
Xatırladaq ki, istehlak kreditləri portfeli 2025-ci ilin sonunda 9 milyard 354,2 milyon manat, 2025-ci ilin yanvarın sonuna isə 8 milyard 551,7 milyon manat idi.












