2022-ci ilin yanvar-iyun aylarında “Kapital Bank” ASC ştatını artırmağa davam edib.
Eləcə də bax: “Kapital Bank” “PAŞA Holdinq”in digər şirkətindəki payını - AZALDIB
FED.az verir ki, bankın yarımillik hesabatına əsasən, 2022-ci ilin iyun ayının sonuna “Kapital Bank”da 2021-ci ilin sonuna 362100 nəfərə qarşı 4492 nəfər çalışıb.
Beləliklə, 2022-ci ilin yarısında “Kapital Bank” ştatını 9,6% artırıb.
Xəbər verildiyi kimi, 2021-ci ildə “Kapital Bank” əməkdaşlarının sayını 13,2% artırıb.
“Kapital Bank” Azərbaycanda 140 ildən çoxdur fəaliyyət göstərir və aparıcı bankların üçlüyünə daxildir. Bankın səhmdarları PAŞA Holding (99,88%) və fiziki şəxslərdir (0,12%). (İnterfaks-Azərbaycan)