“Kapital Bank” ASC onunla birlikdə “PAŞA Holdinq” MMC-yə daxil olan “PASHA Technology” MMC-nin nizamnamə kapitalındakı payını 1,36 faiz bəndi azaldaraq 9,85%-dən 8,49%-ə endirib.
Eləcə də bax: “Moody’s” agentliyi "Kapital Bank"ın reytinqlərini - YÜKSƏLDİB
FED.az bu barədə Bankın yarım illik idarəetmə hesabatına istinadən xəbər verir.
Xatırladaq ki, “PASHA Technology” 2018-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 23 951 519 manatdır. “Kapital Bank” ötən ilin II yarısında onun həmtəsisçisi olub. (Report)