2022-ci ilin I yarısının sonuna Azərbaycan banklarında fiziki şəxslərin əmanətlərinin və hüquqi şəxslərin depozitlərinin dollarlaşma səviyyəsi 46% olub.
Eləcə də bax: Bankların aktivləri 24%-ə yaxın - ARTIB
FED.az xəbər verir ki, bu barədə Mərkəzi Bankdan məlumat verilib.
2021-ci ilin sonuna bu göstərici 45,4% təşkil edib. Beləliklə, I yarımilliyin sonuna əmanət və depozitlərin dollarlaşma səviyyəsi 46,4% artıb.
Hüquqi şəxslərin depozitlərində xarici valyutanın payı iyunun sonuna 54,4% (2021-ci ilin sonuna 52,2%) təşkil edib.
Yanvar-iyun aylarında fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi isə 40,2% (2021-ci ilin sonuna 41%) olub.
AMB qeyd edir ki, 2022-ci ilin I yarısında ev təsərrüfatlarının əmanətləri üzrə dollarlaşma səviyyəsi (qeyri-rezident fiziki şəxslərin əmanətləri nəzərə alınmadan) 3 faiz bəndi - 38%-dək azalıb.
2021-ci ildə xarici valyutada əmanət və depozitlərin payı 2,8 faiz bəndi - 45,4%-dək azalıb.
2022-ci il iyunun 30-na banklarda əmanət və depozitlərin həcmi 32 milyard 417,1 milyon manat təşkil edib ki, bu da 2021-ci ilin sonuna olan göstəricidən 11,7% çoxdur. Fiziki şəxslərin əmanətləri 10 milyard 596,2 milyon manat məbləğində (artım 14,6%) qiymətləndirilir. (İnterfaks-Azərbaycan)