2022-ci ilin avqustun 1-nə bankların cəmi aktivləri 41,589.7 mln. manat təşkil edib. 2022-ci ilin iyul ayında bankların cəmi aktivləri 0.8% azalıb.
Eləcə də bax: Azərbaycanın bank sektorundan 500 milyon manata yaxın - XALİS MƏNFƏƏT!
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankından bildirilib. Məlumata görə, ötən il eyni dövrü ilə müqayisədə isə bankların aktivləri 23,5% artıb.
Bankların cəmi öhdəlikləri iyul ayında 0,9% azalaraq 36,450.5 mln. manata, balans kapitalı isə 0,1% azalaraq 5,139.2 mln. manata enib. Ötən ilin eyni dövrü ilə müqayisədə isə bankların öhdəlikləri 25,7%, balans kapitalı isə 7,8% artıb. (Apa)