Azərbaycanda ipoetka kredit portfelini ən çox genişləndirən bankların adları məlum olub.
FED.az bu barədə bankların rüblük hesabatı əsasında hazırladığı ipoetka kredit portfelinin dinamikası üzrə renkinqə istinadən xəbər verir.
Renkinqə əsasən ən yüksək artım 54% (6,8 milyon manat) olmaqla "Ziraat Bank Azərbaycan"da qeydə alınıb.
"Xalq Bank" 46 % (133,7 milyon manat) artımla ikinci, "AccessBank" 35% (2,2 milyon manat) artımla üçüncü olub.
Ölkənin aparıcı banklarından olan "Yapı Kredi Bank Azərbaycan" ipoteka kredit portfelini son 6 ay ərzində 27% və ya 9,3 milyon manat böyüdüb.
"Bank of Baku"nun ipoteka krediti portfelində 23%, başqa sözlə 8 milyon manat artım baş verib.
İpoteka kredit protfelini "Bank Melli İran" Bakı filialı 21% (18 milyon manat), "Azərbaycan Sənaye Bankı" 15% (2,5 milyon manat) artırıb.
"Bank VTB Azərbaycan"ın ipoteka kreditlərində isə son 6 ayda 12% və ya 5,6 milyon manat artım olub.
ABB və "Paşa Bank"ın ipoteka kreditlərinin həcmi 11% artıb. Məbləğ ifadəsi ilə ABB-də 124,9 milyon manat, "Paşa Bank"da isə 16,6 milyon manat artım baş verib.