«Expressbank» ASC pulu nədən qazanır?
«Expressbank»da əmanət faizləri artdı – RƏQƏMLƏR, MÜQAYİSƏ
FED.az Azərbaycan aktiv banklarından olan “Expressbank”ın gəlir mənbələrini təqdim edir.
2023-cü ilin üçüncü rübünün nəticələrinə görə, “Expressbank “nın ümumi gəlirləri 56 milyon 223 min manat təşkil edib. Bank bu göstərici üzrə ölkənin bank sistemində 13-cü yerdədir. Hesabat dövründə bankın gəlirlərinin ən böyük hissəsi 37 milyon 89 min manatı və ya bütün gəlirlərin 66%-i kredit portfelinin gəlirlərindən formalaşıb.
Komissiya haqlarından isə 10 milyon 334 min manat daxil olub, bu bankın bütün gəlirlərinin 18%-i deməkdir. Daha 3 milyon 242 min manat isə “Expressbank”ın valyuta əməliyyatlarından daxil olub – ümumi gəlirlərin 5%-i. Qiymətli kağızlar bazarına yatırımlardan “Expressbank” 3 milyon 296 min manat gəlir əldə edib – ümumi gəlirlərin 6%-i. Başqa banklardan depozit gəliri isə ümumi gəlirin 3%-i həcmində - 1 milyon 674 min manat olmuşdur. Bankın ümumi gəlirin 2%-i həcmində digər faiz gəlirləri 160 min manat və digər qeyri-faiz gəlirləri 428 min manat əldə olunmuşdur .
Ümumiyyətlə, “Expressbank”ın ümumi gəlirlərində faiz gəlirləri 76%, qeyri-faiz gəlirləri 24% təşkil edir. Digər gəlirlərin məbləği və onun ümumi gəlirlərdəki payı aşağıdakı kimidir:
Min manat |
||
Gəlir mənbələri |
Məbləğlər |
Ümumi gəlir də payı |
Kredit portfeli üzrə faiz gəliri |
37 089 |
66% |
QK-a investisiyadan gəlir |
3 296 |
6% |
Digər banklara depozitlərdən gəlirlər |
1 674 |
3% |
Digər banklara kreditlərdən gəlirlər |
- |
- |
Komissiya haqları |
10 334 |
18% |
Valyuta əməliyyatlarından gəlirlər |
3 242 |
5% |
Digər faiz gəlirləri |
160 |
1% |
Digər qeyri-faiz gəlirləri |
428 |
1% |
|
|
|
CƏMİ GƏLİRLƏR |
56 223 |
100% |