Cari ilin əvvəlindən Azərbaycanda 18 yeni bank filialı açılıb. Beləliklə bu ilin ilk 10 ayı ərzində bankların filiallarının sayı 455-dən 473-ə çatıb. Təkcə oktyabr ayında açılan bank filiallarının sayı 7-dir.
Eləcə də bax: Bank sektoru işçi qəbulunu - KƏSKİN ARTIRIB
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Mərkəzi Bankına istinadən xəbər verir.
Mərkəzi Bankdan bildirilir ki, 2021-ci ilin oktyabr ayı ərzində bankların şöbələrinin sayı 103-dən 97-yə düşüb. İlin əvvəlində isə bank şöbələrinin sayı 109 idi.