“AFB Bank” ASC 2019-cu ilin ilk yarımilliyi ərzində səhmdarlarına bölüşdürülməmiş mənfəətindən divident ödəyib.
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə kommersiya bankının maliyyə hesabatında deyilir.
Eləcə də bax:“Azər Türk Bank”da struktur dəyişikliyi olub- YENİ RƏHBƏR TƏYİN OLUNUB
Bankın ödədiyi dividentin həcmi 11,5 mln. manat təşkil edib və nəticədə ilin ikinci rübündə bölüşdürülməmiş mənfəət 4,23 mln. manata düşüb.
Səhmlərin pay bölgüsünə əsaslansaq bank, 11,46 mln. manatı əsas səhmdarına, yəni, Hikmət İsamyılova ödəmiş olacaq.
Bankın hazırda nizamnamə kapitalı 70,39 mln. manat təşkil edir ki, bunun 99,6406%-i Hikmət İsmayılov, 0,1797% –i, Tahir Muradov və 0,1797% –i isə Əkbər Abdullayev adlı fiziki şəxslərə aiddir.