2021-ci ilin 9 ayında "Kapital Bank" ASC-nin xarici valyutadan gəliri artıb.
Eləcə də bax: "Kapital Bank" biznes kreditləri portfelini 57 milyon manata yaxın - ARTIRIB
FED.az xəbər verir ki, Kapital Bank 2021-ci ilin yanvar-sentyabr dövründə xarici valyuta ilə əməliyyatlardan (məzənnə dəyişməsi daxil olmaqla) 21 milyon 201 min manat gəlir əldə edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6 milyon 275 min manat və ya 42% açoxdur. Kapital Bank ötən ilin yanvar - sentyabr dövründə xarici valyuta əməliyyatlarından 14 milyon 926 min manat qazanmışdı.
Cari ilin 9 ayında Kapital Bank 187 milyon 515 min manat haqq və kommisiya gəlirləri əldə edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 50 milyon 296 min manat və ya 36,6% çoxdur. Bank ötən ilin eyni dövründə haqq və kommisiya gəlirləri üzrə 137 milyon 219 min manat gəlir əldə etmişdi.
(Marja)