2020-ci ilin 9 ayının yekunu ilə müqayisədə Kapital Bank tərəfindən müştərilərə verilmiş cəmi kreditlər 261 milyon 694 min manat artaraq 30 Sentyabr 2020-ci il tarixində 2 milyard 472 milyon 23 min manat çatıb. Bank 30 Sentyabr 2020-ci il tarixində 2 milyard 210 milyon 329 min manat kredit portfelinə malik idi.
Eləcə də bax: "Kapital Bank" 2021-ci ilin üçüncü rübünün nəticələrini - ELAN EDİB
FED.az banka istinadən xəbər verir ki, o cümlədən, istehlak kreditləri 134 milyon 581 min manat artaraq 1 milyard 539 milyon 605 min manata, biznes kreditləri 56 milyon 779 min manat artaraq 654 milyon 14 min manata, daşınmaz əmlak kreditləri (ipoteka kreditləri) 70 milyon 335 min manat artaraq 278 milyon 404 min manata çatıb.
Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyat xaric kredit portfeli (xalis kreditlər) 181 miylon 307 min manat artaraq 2 milyard 121 milyon 328 min manata yüksəlib. Ötən ilin Sentaybr ayının sonunda bu rəqəm 1 milyard 940 milyon 21 min manat idi.
Kapital Bankın mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatı 80 milyon 387 min manat artaraq 30 Sentyabr 2021-ci il tarixində 350 milyon 694 min manat təşkil edib.
(Marja)