Birbank Visa kart sahibləri üçün yeni kampaniya başlayıb. Şərtlərə görə, bütün Birbank Visa (BirKart Visa) debet kartları ilə ən çox nağdsız dövriyyəsi olan 50 müştəri dəyərli hədiyyələr qazana biləcəklər.
Eləcə də bax: Birbank taksit kart sahibləri daha çox keşbek - QAZANACAQLAR
31 oktyabr 2022-ci il tarixinədək keçirilən kampaniyanın əsas hədiyyəsi Qətərdə keçiriləcək “FIFA Dünya Kuboku 2022”yə səyahət paketidir. Bundan başqa 2 ədəd Apple Macbook Pro, 7 ədəd iPhone 13, 15 ədəd Apple watch və 25 ədəd Apple Airpods ən çox nağdsız dövriyyəsi olan müştərilərə təqdim ediləcək.
Qaydalara görə bir müştərinin bir neçə Birbank Visa debet kartı varsa, onların hamısının əməliyyatlarının cəmi nəzərə alınacaq. Visa və FIFA ilə birgə keçirilən kampaniyada taksit kartları iştirak etmir və qaliblər kampaniya bitdikdən 14 gün sonra elan olunacaq. Ətraflı məlumat: https://bir.bank/bvfdkpr.
Qeyd edək ki, bütün Birbank kartlarının həm taksit, həm də debet növü mövcuddur. Birbank Cashback kartı sahibinə ikiqat ƏDV bonusu və nağdsız ödənişlərdə 1,5%-dən 30%-dək keşbek, Birbank Miles isə istənilən aviaşirkətin aviabiletinə dəyişdirilməsi mümkün olan millər qazandırır. Birbank Cashback debet kartları ilə ay ərzində 4000 manatadək istənilən yerli bankomatda vəsait nağdlaşdırarkən və ölkədaxili istənilən bank kartına pul köçürərkən heç bir komissiya haqqı tutulmur. Həmçinin Birbank Miles və Birbank Umico kartları ilə ay ərzində 4000 manatadək Kapital Bank-a məxsus bankomatlarda nağdlaşdırma və ölkədaxili istənilən bank kartına pul köçürməsi komissiyasızdır. Birbank taksit kartı istifadəçiləri isə 63 günədək güzəşt müddətindən faydalana bilərlər.
Birbank kartları bir sıra üstünlüklərə malikdir: 18 ayadək faizsiz taksitlə hissə-hissə ödəmək imkanı, birdəfəlik ödənişlərdə 63 günədək güzəşt müddəti, kartı idarə etmək üçün rahat mobil tətbiqi və pulsuz SMS məlumatlandırma xidməti. Birbank kartının ölkə üzrə 11 000-dən artıq partnyor mağazası fəaliyyət göstərir və bu say artmaqdadır.
Birbank kartı haqqında ətraflı məlumat üçün https://birbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın Facebook və Instagram səhifəsinə müraciət edə bilərsiniz. Birbank kartını sifariş vermək üçün Birbank tətbiqini yükləyin, “1” yazıb 8196 qısa nömrəsinə SMS göndərin, WhatsApp vasitəsilə (+994 50) 999 81 96 nömrəsinə yazın və ya Birbank mərkəzlərinə müraciət edin.