Bank VTB (Azərbaycan) Azərbaycanakı bəzi layihələrin maliyyələşdirilməsi üçün sindikatlaşdırılmış kreditlərin verilməsi və Rusiyadakı ana bankdan vəsait cəlb etmək üçün danışıqlar aparır.
FED.az xəbər verir ki, bu barədə bu gün bankda keçirilən mətbuat konfransında bankın idarə heyətinin sədri Yevgeni Kirinin məlumat verib. Onun sözlərinə görə, Azərbaycanda bəzi sahələrdə iri şirkətlərin maliyyələşdirilməsi üçün ayrı-ayrı bankların imknaları kifayət etmir. Bura SOCAR, Azərbaycan Dəmir Yolları və sar şirkətlər aiddir.
Eləcə də bax: «Problemli kreditlərimizi 90 milyon manat azaltmışıq» – BANK SƏDRİ
Bu layihələrin maliyyələşdirilməsi üçün Bank VTB Azərbaycan olaraq başqa banklarla birlikdə sindikatlaşdırılmış kreditlər vermək üçün danışıqlar aparır.
Bundan başqa, bəzi dövlət şirkətləri üçün Rusyadakı VTB Bank – ana bankın imknalarını cəlb etməklə dha böyük kreditlər ayırmaq bardə daışıqlar aparırır: «Biz hazırda bununla bağlı aktiv müzakirələr aparırıq, bəziləri ilə artıq qərar vermə mərhələsindəyik, bəzilərində isə ilkin müzakirə gedir». Bank sədri həmin şirkətləri və layihələri açıqlamasa da bildirib ki, bunlar böyük vəsaitlər tələb edən layihələrdir.
Yevgeni Kirinin bildirib ki, yerli banklarla birgə ayrılacaq sindikatlaşdırılmış kreditlərdə söhbət 10 milyonlarla manatdan gedə bilər: «Hazırda bir neçə bankla bu barədə danışıq aparırıq».
Rusiyadakı ana bankın cəlb edilməsi ilə kreditləşdiriləcək Dövlət layihələrinə gəlincə, söhbət 50 milyon manatdan artıq olan məbləğlərdən gedir.
Eləcə də bax: "Bank VTB Azərbaycan" kompensasiyaları başa çatdırıb – SƏDRDƏN AÇIQLAMA
Bəzi dövlət layihələrini maliyələşdirməyi – müzakirə edirik - Bank VTB Azərbaycan
13:25
29 May 2019