Bank VTB Azərbaycan problemli kreditlər üzrə kompensasiyaların ödənişini başa çatdırıb. FED.az xəbər verir ki, bu barədə bu gün bankda keçirilən mətbuat konfransında bankın idarə heyətinin sədri Yevgeni Kirinin məlumat verib. Onun sözlərinə görə, artıq mayın 25-də problemli kreditlər üzrə kompensasiyalar tamamilə ödənilib: «Kompensasiyaların 90%-i birbaşa istifadəçilərin özünə ödənilib. Bir hissə isə hələlik gəlib pullarını götürməyib. Onların pulu bankdakı hesablara köçürülüb və müştərilərin onları götürməsi üçün heç bir problem yoxdur».
Bank sədri bildirib ki, hazırda VTB Bank Azərbaycan problemli kreditlər üzrə prezidentin fərmanının ikinci hissəsinin icrasına – problemli kreditlərin restrukturizasiyasına başlayıb.
Y.Kirinin mətbuat konfransında bankın kredit müştərilərini banka gəlməyə və güzəştli kreditləri almağa dəvət edib.
Eləcə də bax: Bank rəhbəri Azərbaycanda əmanətlərin sığorta sisteminin dəyişməsini təklif edir – MƏTBUAT KONFRANSI