Bankların kredit portfeli cari ilin iyul ayının sonuna 0.9% və ya 167.4 mln. manat artaraq 18,487.4 mln. manat olub.
Eləcə də bax: Bank kreditlərinin artım tempi - ZƏİFLƏYİR
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankından bildirilib. Məlumata görə, bankların cəmi kredit portfelində biznes kreditlərinin payı 56.8% və ya 10,497 mln. manat təşkil edib. Ümumilikdə, cari ilin 7 ayında bankların kredit portfeli 11% və ya 1,828.3 mln. manat artıb.
Biznes kreditləri iyun ayı ilə müqayisədə 0,2%, ilin əvvəli ilə müqayisədə isə 23,8% artıb. İyun ayı ilə müqayisədə bankların istehlak kreditləri 2,4%, ilin əvvəlinə nisbətən isə 45,2%( və ya 1,654 milyon manat) artaraq 5 milyard 315 milyon manat təşkil edib. İpoteka kreditləri isə müvafiq olaraq 1% və 32,6% artaraq 2 milyard 675.4 milyon manata bərabər olub.
Biznes kreditləri iyun ayı ilə müqayisədə 0,2%, ilin əvvəli ilə müqayisədə isə 23,8% artıb. İyun ayı ilə müqayisədə bankların istehlak kreditləri 2,4%, ilin əvvəlinə nisbətən isə 45,2%( və ya 1,654 milyon manat) artaraq 5 milyard 315 milyon manat təşkil edib. İpoteka kreditləri isə müvafiq olaraq 1% və 32,6% artaraq 2 milyard 675.4 milyon manata bərabər olub. (Apa)