2025-ci ilin mayın 1-nə Azərbaycan banklarının istehlak kredit portfeli 8 milyard 747,6 milyon manat təşkil edib.
FED.az bu barədə Mərkəzi Bankın açıqladığı aylıq statistik bülletenə istinadən xəbər verir.
Kredit portfeli aylıq müqayisədə 144 milyon manat (1,7%), ötən ilin sonu ilə müqayisədə 302,6 milyon manat (3,6%), illik müqayisədə 1 milyard 420,6 milyon manat (18,5%) böyüyüb.
Qeyd edək ki, istehlak kredit portfeli bu ilin aprelin 1-nə 8 milyard 603,6 milyon manat, yanvarın 1-nə 8 milyard 445 milyon manat, ötən ilin eyni dövrünə 7 milyard 327 milyon manat təşkil edib.