2025-ci ilin mayın 1-nə Azərbaycan banklarının biznes kredit portfeli 14 milyard 952,7 milyon manat təşkil edib.
FED.az bu barədə Mərkəzi Bankın açıqladığı aylıq statistik bülletenə istinadən xəbər verir.
Kredit portfeli aylıq müqayisədə 17,7 milyon manat (0,1%), ötən ilin sonu ilə müqayisədə 165,5 milyon manat (1,1%), illik müqayisədə 3 milyard 335,9 milyon manat (18,5%) böyüyüb.
Qeyd edək ki, biznes kredit portfeli bu ilin aprelin 1-nə 14 milyard 935 milyon manat, yanvarın 1-nə 14 milyard 787,2 milyon manat, ötən ilin eyni dövrünə 12 milyard 616,8 milyon manat təşkil edib.